Sumqayıtda evdə yanğın oldu
    • 26-08-2021, 13:15
    • 292

Sumqayıtda evdə yanğın oldu

Sumqayıt şəhərində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 15 m² sahədə, qapı-pəncərəsi və 3 ədəd yataq dəsti yanıb.

News24.az FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan dəhlizin kağız üzlüyü 5 m² sahədə və digər otaqların qapıları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.