“Azərbaycan hərbçisi cinayət törətməyib” - Elxan Şahinoğlu
    • 27-08-2021, 10:46
    • 317

“Azərbaycan hərbçisi cinayət törətməyib” - Elxan Şahinoğlu

“Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, hərbçimiz Babayev Cəmil hospitalı özbaşına tərk edib və buna görə onun haqqında cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirlyinin sonrakı cümləsində isə yazılır ki, “hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”.

Birinci cümlədə “araşdırılma aparılır” sözləriylə kifayətlənmək olardı, çünki bu bəyanatı düşmənlərimiz də oxuyacaq”. 

News24.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinə Xarici İşlər Nazirliyinin daima doğru işlətdiyi “müvəqqəti” sözü əlavə olunmalı idi: “Ən başlıcası isə Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı. Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib, öz ərazisində hərəkət edib, onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər. Əsl cinayət budur”.