Vilayət Eyvazov rəis müavinini İŞDƏN QOVDU
    • 31-08-2021, 10:44
    • 238

Vilayət Eyvazov rəis müavinini İŞDƏN QOVDU

Azərbaycanda rəis müavini işdən azad olunub. 

News24.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir. /Oxu.Az/