“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir - VİDEO
    • 1-09-2021, 09:20
    • 233

“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.

Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.