Həmkəndlisini sinəsindən bıçaqladı
    • 1-09-2021, 11:15
    • 269

Həmkəndlisini sinəsindən bıçaqladı

Samuxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 31-də rayonun Ziyadlı kənd sakini 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov sinəsindən bıçaqlanıb.

Ona bıçaqla xəsarət yetirən, rayon sakini 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.