Kamran Əliyev və Ramiz Rzayev Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi - Foto
    • 1-09-2021, 13:01
    • 966

Kamran Əliyev və Ramiz Rzayev Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi - Foto

Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Ali Məhkəmənin sədri Ramiz Rzayev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib.

News24.az-ın xəbərinə görə, K. Əliyev və R. Rzayev ümummilli liderin abidəsi önünə əklil qoyularaq, xatirəsi ehtiramla yad olunub. 

Qeyd edək ki, səfər Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuror Bekir Şahinin dəvəti ilə baş tutub. Səfər qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədi daşıyır.