-
- 10-09-2021, 19:04
- 553
Peyvəndə qarşı allergiya ilə bağlı müraciət hansı halda olmalıdır?
Səhiyyə Nazirliyi allergiyalarla bağlı müraciətlərin hansı halda olunması qaydasını açıqlayıb.
News24.az xeber verir ki, bununla bağlı qurumun rəsmi saytında məlumat yerləşdirilib.
19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova bildirib ki, allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilərlər: “Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəlib. Bu halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı. Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur”.