Füzulidə sərnişin avtobusu yandı
    • 17-10-2021, 10:18
    • 244

Füzulidə sərnişin avtobusu yandı

Füzuli rayonunun Kərimbəyli kəndində "Daewoo" markalı sərnişin avtobusunun idarəetmə lövhəsi və salon hissəsi yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə  istinadən xəbər verir ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.