Yağış, qar yağacaq - Hava kəskin SOYUYUR
    • 3-11-2021, 10:13
    • 195

Yağış, qar yağacaq - Hava kəskin SOYUYUR

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Xidmətdən News24.az-a bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.