Şəhid həkim və tibb bacılarının ruhu şad olsun!
    • 9-11-2021, 16:04
    • 741

Şəhid həkim və tibb bacılarının ruhu şad olsun!

Dr. Şaiq Şükürov

Dünən Zəfər günü idi.

Hamı sevinirdi, hamı şadlanırdı. Səbəb bəllidir-biz qələbə çaldıq. Ali baş komandanın dəmir yumrugu ilə 30 illik torpaq həsrətimiz bitdi.Yurdumuz,yuvamız düşmən tapdagından azad oldu?Bu azadlığın görünən və görünməyən qəhrəmanları var.Azərbaycan xalqı bu igidlərlə fəxr edir.Hamımız bir yumruq olduq,birləşdik və qalib gəldik.Ama kimi biraz çox,kimi biraz daha çox əziyyət çəkdi.Ordumuzun qəhrəmanlıgı qarşısında sözlər acizdir.Bir peşə sahibləri var ki,onların bu qələbədə rolu danılmazdır.Təbii ki həkimlərimiz…

Füzuli Müalicə Diaqnostika mərkəzi döyüşlərin başladığı ilk saatlardan qəbul etdiyimiz yaralılar, İTS və TƏBİB-in yaratdıgı tükənməyən dərman və sargı materialları ehtiyatı,təcili yardım maşınlarının həyəcanlı səsləri,həkim və tibb işçilərinin yuxusuz gecələri,şəhidlərin yaxınlarının ah- nalələri,Füzuli camaatının həqiqi mənada ayaq üstə qalması… Bütün bunlar gözümün önündən getmir.Dəhşətli,çətin,ağlasığmaz günlər idi.O anları yaşadıgımızı təsəvvür etmək belə çox acıdır.Əsgərlərin-yaralıların qanlı paltarlarını,batinkalarını necə çıxarmagımızı,əməliyyat stoluna necə qoymagımızı?kəsilən ayaqlarını qollarını və deyə bilmədiyim necə dəhşətli mənzərələri heç vaxt-bütün ömrüm boyu unutmayacağam.”Həkim el anasıdır”deyirlər.Amma biz 44 gün bütün xalqın həm anası,həm də atası olduq.Bir tərəfdə yara sarıdıq,bir tərəfdə ürəyi yaralı Şəhid valideynlərinə dayaq olmaga,təskinlik verməyə çalışdıq.Çox çətinlikdən keçdik,amma dəydi.Azad olunan hər rayona,hər kəndə,hər qarış torpaga və təbii ki,Şuşaya görə necə sevindiyimiz,necə qışqırdıgımız,həyəcanımız,göz yaşlarımız… unudulmaz anlar idi.

Bu gözəl və bənzərsiz hissləri bizə yaşadan,bizi üzü ağ və başı uca edən Şəhidlərimiz,sizə borcluyuq.Önünüzdə baş əyirəm,müqəddəs ruhunuz qarşısında baş əyirəm! Şəhid həkim və tibb bacılarının ruhu şad olsun!

Bu gün Füzuli Müalicə Diaqnostika mərkəzi öz adi,gündəlik həyatını yaşayır, mülki xəstələr yoxlanır…Daha həyətimizdə palçıqlanmış ambulanslar,qana boyanmış xərəklər və ezam gəlmiş həkimlər,tibb bacıları,sürücülər-o gözəl insanlar yoxdur.

Amma yalnız biz həkimlər mərkəzin divarına,daşına hopmuş,hər palatasına çökmüş şəhidlərin, yaralıların səslərini,nəfəslərini duyuruq.Və onların- şəhidlərin ruhlarınıda görürük,onlar çox qürurlu və şaddırlar.Bizdə həmçinin,şəhidlərin son nəfəsində əllərindən tutan,yaralı əsgərlərin suyunu,yeməyini verən,saçını, ayagını yuyan tibb bacıları,təcili yardım maşınlarını bütün qaydaları pozaraq sürən sürücüləri və 24 saat ayaqda qalan biz həkimlər…Çəkdiyimiz əziyyətə dəydi,bəli,biz bacardıq.Şəhidlərin ruhu bugün şaddır.Bu şadlıq bizə yetər!Vətənimiz azaddır,düşmən yerlə-yeksandır,bu bizə yetər! Yaralılarımız yaxşılaşır,sağalır,hər iki mənada-həm mənəvi,həm də maddi.Xəstəxana,məktəb,yaşayış evləri Füzuli şəhərində də tikiləcək,inşəAllah bizdə tibb personalla köçüb gedəcəyik,orada yeni,abad Füzulidə çalışacağıq,işləyəcəyik.Füzuli şəhərindəki Mərkəzi xəstəxanada görüşərik!Füzuli bizimdir!-Qarabag bizimdir! - QARABAG AZƏRBAYCANDIR!