Azərbaycan növbəti dəfə Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşuldu - Fotolar
    • 11-11-2021, 17:58
    • 398

Azərbaycan növbəti dəfə Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşuldu - Fotolar

Azərbaycan növbəti dəfə Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşuldu. 

News24.az xəbər verir ki, qardaş Türkiyənin “Gələcəyə nəfəs ol!” ağacəkmə təşəbbüsü artıq genişmiqyaslı kampaniyaya və bir tarixə çevrilib, ölkəmizdə də bu təşəbbüs ənənə halını alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, Türkiyədə 11-ci ayın 11-ci günündə keçirilən “Gələcəyə nəfəs ol!” adlı ağacəkmə təşəbbüsünə Azərbaycan ənənəvi olaraq qoşulur, keçən ilin bu günündə də Azərbaycan böyük coşqu ilə bu kampaniyaya qoşuldu və on minlərlə ağac əkildi.

"Bu il də biz böyük məmnuniyyət və xoş əhval-ruhiyyə ilə dost və qardaş  Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək bütün ölkə ərazisində, eyni zamanda, Qarabağ bölgəsində, Zəngilan və Cəbrayılda  genişmiqyaslı ağacəkmə aksiyaları keçiririk və əkəcəyimiz 111 min ağacla bu aksiyaya simvolik töhfəmizi veririk”.

İnanıram ki, böyük ruh yüksəkliyi və  əhval-ruhiyyə ilə əkilən bu ağaclar gələcəkdə böyük yaşıllığa çevriləcək".

Nazirlik sözçüsü qardaş ölkənin bu təşəbbüsünü dəstəkləyib ağac əkininə qoşulan bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib.