Qarabağda hərbçilərimizə qumbara atan terrorçu Ermənistana TƏHVİL VERİLƏCƏK
    • 13-11-2021, 14:25
    • 571

Qarabağda hərbçilərimizə qumbara atan terrorçu Ermənistana TƏHVİL VERİLƏCƏK

Bu gün səhər saatlarında Şuşa yaxınlığındakı Daşaltı postunda Azərbaycan və Rusiya həbçilərinə əl qumbarası atan terrorçu sülhməramlıların qərargahına gətirilib, yaxın saatlarda isə Ermənistan tərəfinə təhvil veriləcək.

News24.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. 

Qeyd edək ki, hadisə nəticəsində 3 azərbaycanlı hərbçi yaralanıb. Hazırda iş üzrə cinayət işi açılıb, intensiv istintaq-əməliyyat tədbirləri aparılır.