Helikopterin ”Qara qutu”sunun parametrləri - FOTO
    • 20-12-2021, 14:27
    • 303

Helikopterin ”Qara qutu”sunun parametrləri - FOTO

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülən və qəza anında qeydə alınan uçuş parametrləri açıqlanıb.

News24.az xəbər verir ki, parametrləri Baş Prokurorluq yayıb.

"Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub", - Baş Prokurorluqdan bildirilib.