Bakıda 15 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir
    • 24-12-2021, 10:08
    • 518

Bakıda 15 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.

Bu barədə News24.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.