Ər və arvadı 5 saatın içində koronavirusdan öldü – FOTO
    • 12-01-2022, 17:46
    • 484

Ər və arvadı 5 saatın içində koronavirusdan öldü – FOTO

Türkiyədə ər və arvadı bir neçə saat daxilində koronavirusun qurbanı olub.

News24.az-ın məlumatına görə, Mersinin Tarsus rayonunda yaşayan 80 yaşlı Emin Yıldırım və onun 57 illik həyat yoldaşı, 73 yaşlı Aygül Yıldırım 5 saat fərqlə COVID-19-dan ölüblər.

Yaxınları bildirib ki, onlarda koronavirus olması 1 həftə əvvəl üzə çıxıb. Onlar Tarsus Dövlət Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxiləyə baxmayaraq 80 yaşlı kişi səhər saatlarında keçinib, bundan bir neçə saat sonra isə onun həyat yoldaşı vəfat edib.