İsmayıllı sakinindən qanunsuz saxlanılan silah götürüldü
    • 13-02-2022, 15:37
    • 392

İsmayıllı sakinindən qanunsuz saxlanılan silah götürüldü

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini N.İbadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.