Siyəzəndə ər-arvadı təhdid edərək pul alan şəxs saxlanıldı
    • 15-02-2022, 10:44
    • 351

Siyəzəndə ər-arvadı təhdid edərək pul alan şəxs saxlanıldı

Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Şuşa şəhər sakini olan bir kişi özünün və həyat yoldaşının barələrində rüsvayedici məlumatların yayılması ilə hədələnərək ondan 200 manat pul alınmasını bildirib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini, əvvəllər dələduzluğa görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb.

Siyəzən RPŞ-də araşdırma aparılır.