-
- 16-01-2019, 12:00
- 1 836
Komaya düşən Nura Suridən "Dönmək olmur" - FOTOLAR - VİDEO
Müğənni Nura Suri "Dönmək olmur" adlı klipini üçün təqdimat mərasimi keçirib.
News24.az xəbər verir ki, paytaxt məkanlarından birində baş tutan tədbirə sənətçinin yaxın dostları və həmkarları qatılıb.
Yeni işi haqda danışan N.Suri klipin 2 günə çəkildiyini, 5 libasdan istifadə olunduğunu və ekran işinin "Gitme"nin davamı olduğunu bildirib:
""Gitme" klipi çəkilən zaman Fərid Ağa mənə mahnı göndərdi və qərar verdim ki, bu mahnıya da ekran həyatı verim. "Dönmək olmur"u çəkərkən əsasən koma vəziyyətini nəzərə almışam. İstədiyim kimi alındı. Stilistika, çəkiliş, montaj tam fərqlidir. Bundan öncə klipdən ancaq xatirələr var.
Montajı 2 dəfə etmişik. Birinci versiyanı bəyənmədiyim üçün materialları götürdüm və Aleksə təqdim etdim. Nəticə məni qane etdi".
Nura Suri hündürlükdə çəkilən görüntülərindən də danışıb:
"Mən yüksəklikdən yox, dərinlikdən qorxuram. Yüksəklikdə olan çəkiliş zamanı məni qoruyan heç bir şey yox idi. Klipdə pilateslə də məşğul oluram. Ümumiyyətlə insanın həyatında pis hadisə baş verəndə özünü fiziki bərpa etməlidir. İdmanla məşğul olanda bədənə xoşbəxtlik hormonları daha çox ifraz olunur".
İfaçı artıq növbəti işinin hazırlıqlarına başladığını deyib:
"Bu dəfə tam fərqli bir iş təqdim etməyə hazırlaşıram. Yaz aylarına təsadüf edəcək mahnıda şərq ritmləri də olacaq. Hazırda Zülfi Bədəlov mənə sözləri göndərir və müəyyən dəyişiklər edirik. Onu da qeyd edim ki, bəstə ritmik və lirikanın arasındadır".
Qeyd edək ki, mahnının sözləri Elvin Babazadəyə, musiqisi və aranjimanı isə Fərid Ağaya məxsusdur.
Teymur MƏMMƏDOV
Foto: Məhəbbət NƏSİROV