Vətəndaşlardan qanunsuz 2 ov tüfəngi götürüldü
    • 11-03-2022, 10:03
    • 561

Vətəndaşlardan qanunsuz 2 ov tüfəngi götürüldü

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.