Ukrayna Bolqarıstan səfirini QƏBUL ETMƏDİ - SƏBƏB
    • Bu gün, 20:50
    • 73

Ukrayna Bolqarıstan səfirini QƏBUL ETMƏDİ - SƏBƏB

Bolqarıstanın yeni səfiri Petr Tanevi həyat yoldaşının Rusiya vətəndaşı olması səbəbindən Ukraynaya gedə bilməyib. 

News24.az xəbər verir ki, bu barədə Bolqarıstanın “24 saat” qəzeti yazıb.

Nəşrin məlumatına görə, onun namizədliyi Bolqarıstan prezidenti və hökuməti tərəfindən razılaşdırılsa da, Ukrayna tərəfi Tanevi qəbul etməkdən və ona diplomatik pasport verməkdən imtina edib. 

Nəşr yazıb ki, Kiyev, diplomatı “Rusiyayönümlü” şəxs hesab edib.

Məryəm İlhamqızı