"Bergen" Bakıda - Video
    • 17-03-2022, 15:57
    • 2 632

"Bergen" Bakıda - Video

Dünən son günlər adı dillərdən düşməyən "Bergen" filminin Bakıdakı qala gecəsi baş tutdu.

News24.az xəbər verir ki, Park Cinema Flame Towers-da keçirilən təqdimat törəninə, gözlənildiyi kimi, ekran işində yer alan Türkiyənin məşhur sənətçiləri qatıldı. 

Qeyd edək ki, film sevgilisi tərəfindən üzü yandırılan, daha sonra öldürülən türkiyəli müğənni Bergenin həyatından bəhs edir.

Filmdə onun obrazını Farah Zeynep Abdullah canlandırıb. Eləcə də, ekran işində Erdal Beşikçioğlu, Ahmet Kayakesen, Arif Pişkin, Nergis Öztürk kimi tanınmışlar da yer alıb.