-
- 29-03-2022, 17:18
- 1 765
Rusiya XİN: “Mixail Delyaginin Azərbaycanla bağlı bəyanatları qəbuledilməzdir”
Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.
News24.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, deputatın fikirləri qəbuledilməzdir.
“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir”, - XİN rəsmisi söyləyib.
Rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan M.Zaxarova deputatın bu çıxışını məsuliyyətsiz adlandırıb:
“Əminik ki, Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcək”.
Qeyd edək ki, M.Delyagin martın 27-də Rusiyanın “Rossiya1” və “Pervıy” federal kanallarında çıxış edib. O, rəsmi Bakının Ukraynaya dəstəyi, habelə Azərbaycanın Qarabağda Fərrux kəndini nəzarətə almasına toxunub və Azərbaycanı “peyk dövlət” adlandıraraq neft infrastrukturlarına nüvə zərbəsi endirilməsini təklif edib. /Report.az/