Azərbaycanda 14 yaşlı qızla cinsi əlaqəyə girən nişanlısı HƏBS EDİLDİ
    • 6-04-2022, 11:00
    • 469

Azərbaycanda 14 yaşlı qızla cinsi əlaqəyə girən nişanlısı HƏBS EDİLDİ

Masallı rayonunda qonşuluqda yaşayan yeniyetmə qızla cinsi əlaqəyə girmiş rayonun Təklə kənd sakini, 1999-cu il təvəllüdlü Şahin Xəlilova cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, 2021-ci il ərzində qonşuluqda yaşayan 2007-ci il təvəllüdlü Süsənlə (şərti adlı) evlənmək məqsədilə qarşılıqlı razılıq əsasında görüşməyə başlayan və onunla cinsi əlaqəyə girən gənc daha sonra qızı qaçırıb. Hərbi xidmətdən qayıdan Şahin Süsənlə evlənməyin vaxtının çatdığını bildirərək onu Masallıdan Cəlilabada, oradan isə Bərdəyə - atasının dostunun evinə aparıb. Bərdədə polis əməkdaşları onların yerini müəyyən edərək saxlayıblar. Bərdə rayon Polis Şöbəsində Şahin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə iş açılıb.

Məhkəmədə hər iki şəxs bir-birlərini sevdiklərini bildiriblər. Bununla belə Şahin tutduğu əməldən peşman olduğunu, Süsənin yetkinlik yaşına çatmamasına görə belə əməl törətməməli olduğunu deyib. Süsən isə Şahindən şikayətçi olmadığını, hazırda onunla ər-arvad kimi yaşamasa da, nişanlı olduqlarını və nikaha daxilolma yaşı tamam olan kimi onunla evlənəcəyini deyib.

Bərdə rayon Məhkəməsi Şahin Xəlilovun 152.1-ci maddə üzrə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilməsinə və məhkəmə zalındaca həbs edilməsinə qərar verib.