Baş prokuror Füzuli, Beyləqan və Xocavənd rayon sakinlərini qəbul edəcək
    • 12-04-2022, 10:31
    • 341

Baş prokuror Füzuli, Beyləqan və Xocavənd rayon sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev aprelin 21-də saat 10:00-da Füzuli rayon prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib. Xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Füzuli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.