Bakıda 4 qadını fahişə kimi satan şəxs ələ keçdi
    • 12-04-2022, 16:44
    • 221

Bakıda 4 qadını fahişə kimi satan şəxs ələ keçdi

Bakıda qadınları fahişəliyə cəlb edən və onların kişi cinsinə mənsub şəxslərlə müxtəlif ünvanlarda görüşlərini təşkil edən Gülnarə Məhərrəmova saxlanılıb.

News24.az-ın məlumatına görə, G.Məhərrəmova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı onun müxtəlif ünvanlarda 4 qadını ayrı-ayrı şəxslərlə pul qarşılığında görüşlərini təşkil etməsi və bu əməllərə görə pul qazanması müəyyən edilib.

Həmin qadınlar cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin ibtidai istintaqı artıq başa çatıb və materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək və prosesin yekununda Gülnarə Məhərrəmovanın cəzası məlum olacaq.