Bakıda ötən ay 445 yol nişanı quraşdırıldı
    • 14-04-2022, 10:39
    • 216

Bakıda ötən ay 445 yol nişanı quraşdırıldı

Bu ilin mart ayında Bakıda 445 yol nişanı quraşdırılıb ki, bu da illik hədəfin 30% deməkdir.

Bu barədə News24.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bundan başqa, məlumata görə, ötən ay paytaxtda 143 piyada keçidi yenilənib, 9 ünvanda isə yeni piyada keçidləri təşkil edilib, 5 piyada keçidi isə sarı döyünən işıqla təchiz edilib. 8 küçə və prospektdə təhlükəsizlik səviyyəsi artırılıb. Nəqliyyat tələbatı nəzərə alınmaqla 4 məntəqədə 18 parklanma yeri təşkil edilib. Yol hərəkətinin təşkili və infrastruktur işləri çərçivəsində 2 təhsil müəssisəsinin ətrafında sürət həddi 30 km/s-a endirilib. Nəticədə piyadaların təhlükəsizliyi təmin edilib və qəzaların başvermə riski azaldılıb.

Ay ərzində Agentliyə 1 448 vətəndaş müraciəti daxil olub, bunun 92%-i cavablandırılıb. “Alo141” çağrı mərkəzi üzərindən 5120, sosial şəbəkələr üzərindən isə 324 müraciət cavablandırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayət xarakterli müraciətlərin sayı 33% azalıb, məmnunluq səviyyəsi isə 18 % artıb. Pandemiya şərtləri nəzərə alınmaqla 92 nəfər vətəndaş qəbul edilib.