ƏƏSMN və qurumlarında 441 minədək vətəndaş qəbul edildi
    • 20-04-2022, 11:11
    • 198

ƏƏSMN və qurumlarında 441 minədək vətəndaş qəbul edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin birinci rübündə 440,6 min vətəndaşın qəbulu həyata keçirilib. Onlardan 13,8 mini nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, digərləri nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən News24.az-a verilən məlumata görə, eyni zamanda, yanvar-mart aylarında 581 min (o cümlədən, yazılı və e-qaydada, habelə sosial şəbəkələr üzərindən edilmiş 155 min, Çağrı Mərkəzi vasitəsilə 426 min) vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.