Bakı məktəblərində “Zəfər tarixi” konfransları keçiriləcək
    • 25-04-2022, 10:37
    • 204

Bakı məktəblərində “Zəfər tarixi” konfransları keçiriləcək

Bakı məktəblərində “Zəfər tarixi” konfransları keçiriləcək.

News24.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, “Zəfər tarixi” konfranslarının müəllim və şagirdlərin iştirakı ilə aprel-noyabr aylarında keçirilməsi nəzərdə tutulur.

Konfransların keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.

Konfranslarda Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Vətən Müharibəsində qazanılmış zəfərlə torpaqlarımızın azad edilməsi və Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılacaq. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılacaq.