"Hər şey qaydasındadır, yaxşıyam" - Qabil Hüseynli
    • 5-05-2022, 16:23
    • 326

"Hər şey qaydasındadır, yaxşıyam" - Qabil Hüseynli

Sosial şəbəkələrdə tanınmış politoloq, professor Qabil Hüseynlinin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, 3-cü vaksindən sonra onun halı getdikcə pisləşməkdədir. 

News24.az-ın əməkdaşı politoloqun əhvalını soruşmaq üçün özü ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: “Koronavirusa qarşı vaksinin 3-cü dozasından sonra səhhətimdə müəyyən problemlər yarandı. Ancaq müalicə olundum və sağaldım. 10 gündən artıq müddətdir ki, işimin başındayam. Televiziyada çıxışlar edirəm, jurnalistlərlə əlaqə qururam. Allaha çox şükr ki, hazırda heç bir problemim yoxdur. Narahat olan və zəng edən bütün dostlar, yaxınlar, media nümayəndələri bilsin ki, hər şey qaydasındadır. Hər birinə təşəkkür edirəm”.