Goranboyda avtomobil qəzası oldu - xəsarət alanlar var
    • 1-06-2022, 23:26
    • 240

Goranboyda avtomobil qəzası oldu - xəsarət alanlar var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə axşam saatlarında Yeniyol kəndi yaxınlığında baş verib.

Hərəkətdə olan "VAZ" markalı minik avtomobili traktorla toqquşub. 

Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.