Türkiyənin beynəlxalq adının dəyişdirilməsi ilə bağlı müraciəti qəbul edildi
    • 1-06-2022, 23:52
    • 240

Türkiyənin beynəlxalq adının dəyişdirilməsi ilə bağlı müraciəti qəbul edildi

BMT Türkiyə hökumətinin ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı rəsmi müraciətini qəbul edib.

News24.az “Report”a istinadən xəbər verir ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.

Beləliklə, bundan sonra Türkiyə (“Türkiyə”) adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Türkey, Turkei, Turquie və s.) kimi istifadə olunacaq.