Azərbaycanda daşınan sərnişinlərin sayı açıqlandı
    • 3-06-2022, 23:19
    • 230

Azərbaycanda daşınan sərnişinlərin sayı açıqlandı

2022-ci ilin yanvar-aprel aylarında daşınan sərnişinlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində nəqliyyatçılar 485,5 milyon sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 86,5 faizi avtomobil nəqliyyatı, 13,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.