Binəqədidə “Toyota”  “KamAZ” ilə toqquşub
    • 4-06-2022, 11:56
    • 282

Binəqədidə “Toyota” “KamAZ” ilə toqquşub

İyunun 3-də saat  5 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

News24.az-a verilən məlumata görə, A.Məmmədov hadisə yerində ölüb, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.