İngiltərədə kağız fabrikində yanğın baş verdi -FOTO
    • 13-06-2022, 13:49
    • 240

İngiltərədə kağız fabrikində yanğın baş verdi -FOTO

Ötən gecə İngiltərənin West Midlands bölgəsindəki Birmingem şəhərində Smurfit Kappa şirkətinin kağız fabrikində yanğın baş verib. Fabrikdə 8 min ton sıxılmış karton alov aldıqdan sonra alov qısa müddətdə böyüyüb.

 News24.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilərkən səlahiyyətlilər fabrikin ətrafında yaşayan vətəndaşları çölə çıxmamağa və pəncərələrini bağlı saxlamağa çağırıb.

Yanğınsöndürmə briqadası rəsmiləri yanğın zamanı tələfat və xəsarət alan olmadığını, ərazidə söndürmə işlərinin davam etdiyini bildirib.