İranın cənubunda ardıcıl beş güclü zəlzələ oldu
    • 15-06-2022, 11:57
    • 218

İranın cənubunda ardıcıl beş güclü zəlzələ oldu

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında 5 zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.

Zəlzələ baş verən məkana İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb edilib.

Dağıntı və insan itkisi haqqında məlumat verilməyib. /Unikal.org/