Türkiyədə “PKK”ya məlumat ötürən şəxslər saxlanıldı
    • 16-06-2022, 11:52
    • 196

Türkiyədə “PKK”ya məlumat ötürən şəxslər saxlanıldı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ölkənin hərbi hava əməliyyatları ilə bağlı “PKK”nı məlumatlandırmaqda şübhəli bilinən şəxsləri saxlayıb.

 News24.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Şafak” qəzeti yayıb.

Məlum olub ki, sözügedən şəxslər “PKK”nı əməliyyat üçün havaya qalxan “F-16” təyyarələri barədə məlumatlandırıb.

Həmçinin 21 şübhəli şəxsin “PKK” terror təşkilatı tərkibində çalışaraq müxtəlif proqramlar yaratdığı aşkar olunub.