Əməkdar jurnalist reanimasiyaya yerləşdirildi
    • 7-07-2022, 13:10
    • 191

Əməkdar jurnalist reanimasiyaya yerləşdirildi

Əməkdar jurnalist Mais Məmmədov xəstəxanaya yerləşdirilib.

News24.az-ın xəbərinə görə, bu barədə onun həmkarı Vahid Mustafayev məlumat verib.

Onun sözlərinə görə, M.Məmmədov ağır mədəaltı vəzi xəstəliyi diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, iyulun 12-də Mayis Məmmədovun 84 yaşı tamam olur.