"Topaz" məntəqəsindən pul oğurladı
    • 13-07-2022, 16:51
    • 211

"Topaz" məntəqəsindən pul oğurladı

Şamaxıda oğurluq olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, rayon ərazisindəki mağazaların birindən 950 manat pul oğurlanıb.

Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - şəhər sakinləri A.Abzərov, Ü.Vahidov və əvvəllər məhkum olunmuş N.Abdullayev saxlanılıblar.

N.Abdullayevin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 414 manat pul oğurlaması da müəyyən olunub.