Zaqatalada maşın aşdı, 3 nəfər xəsarət aldı- FOTO
    • 25-07-2022, 14:16
    • 525

Zaqatalada maşın aşdı, 3 nəfər xəsarət aldı- FOTO

Bu gün Zaqatalada minik avtomobili aşıb.

News24.az-ın məlumatına görə, Aşağı tala kənd ərazisində baş verən hadisə zamanı  avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralılardan 1985-ci il təvəllüdlü Cuma Nizami oğlu Xəlilov və 1992-ci il təvəllüdlü Rəsul Nizami oğlu Xəlilov rayonun Üçüncü Tala kənd sakinləridir.

Qəza zamanı xəsarət alan Maşallah adlı şəxs isə Qax rayon sakinidir.

Rəsul Xəlilov cərrahiyyə əməliyyatına götürülüb. 

Digərlərinin vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/