Peyvənd olunanların sayı açıqlanıb
    • 31-08-2022, 16:34
    • 234

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 608 vaksin vurulub.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 866, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 134 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 860 396 təşkil edir.