Sumqayıtda şok hadisə - Səhər 7-də dənizdə çimərkən öldü
    • 20-09-2022, 13:27
    • 192

Sumqayıtda şok hadisə - Səhər 7-də dənizdə çimərkən öldü

Sumqayıt şəhərindəki çimərliklərdən birində ölüm hadisəsi baş verib.

News24.az xəbər verir ki, sentyabrın 16-da səhər saat 7 radələrində Sumqayıtın 7-8-12-ci məhəllələrinin çimərliyində 1960-cı il təvəllüdlü Yəhya Nəsib oğlu Nəbiyev dənizdə çimərkən boğularaq ölüb.

Faktla bağlı ilkin olaraq Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat daxil olub. Daha sonra hadisə barədə prokurorluqda araşdırmalara başlanılıb.

Vəfat edən şəxsin fotosunu təqdim edirik.