701-ci  hərbi hissənin 31 illiyinə həsr olunan tədbir keçirildi
    • 9-10-2022, 12:47
    • 160

701-ci hərbi hissənin 31 illiyinə həsr olunan tədbir keçirildi

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində 701 saylı hərbi hissənin Müharibə Veteranları Şurasının təşkilatçılığı ilə Azərbaycan ordusunun ilk təməl daşı olan 701 saylı briqadanın yaradılmasının 31 illiyinə həsr edilmiş tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirin rəsmi hissəsi Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət və məşəlin önünə əklilin qoyulması ilə başlayıb.

Tədbirdə Müdafiə Nazirliyinin, İctimai Birlik sədrləri, 701 saylı hərbi hissənin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə 701 saylı hərbi hissənin Müharibə Veteranları Şurasının sədri e.o.polkovnik Əzizağa Qəni-zadənin, həmin hərbi hissənin tərbiyəvi işlər üzrə müavini, müharibə veteranı e.o.polkovnik-leytenant İntiqam Mirzəyevin, e.o.polkovnik-leytenant Qurban Qurbanovun məruzə və çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Tədbirin ədəbi-bədii hissəsi furşetlə tamamlanıb.