Bakıda qadın qatarın altında qalaraq öldü
    • 24-10-2022, 23:52
    • 238

Bakıda qadın qatarın altında qalaraq öldü

Bakıda qadın dəmiryol qatarının altında qalaraq ölüb.

Bu barədə News24.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.


FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.