Həbsxanada olan qardaşına telefon keçirmək istəyən şəxs saxlanıldı
    • 16-11-2022, 09:57
    • 164

Həbsxanada olan qardaşına telefon keçirmək istəyən şəxs saxlanıldı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən News24.az-a verilən xəbərə görə,Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hacıgözəl Ağagül oğlu Ağagülov ilə qısamüddətli görüşə gəlmiş qardaşı Sumqayıt şəhər sakini Kamal Ağagül oğlu Ağagülov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkçənin yan cibində 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.