Həftəsonu yol qəzalarında 5 nəfər ölüb
    • 21-11-2022, 10:24
    • 182

Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Həftəsonu Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 19-20-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.