“Kulivatdamaq” sözünü mən yazsam, xalq ətimi didər, ancaq meyxanaçını alqışlayırlar” – Aqşin Yenisey
    • 24-11-2022, 12:36
    • 1 051

“Kulivatdamaq” sözünü mən yazsam, xalq ətimi didər, ancaq meyxanaçını alqışlayırlar” – Aqşin Yenisey

“Kulivatdamaq” sözünü mən yazsam, xalq dilini korladığım üçün ətimi didər, ancaq bu sözü bir meyxanaçının dilindən eşidəndə alqışlayıb göylərə qaldırırlar. Yaxud  televiziyada Tarkan hamamda çimərkən mahnı oxuyur, ailəlikcə oturub tamaşa edirik. Ancaq məni hamamda çimərkən şeir dediyim yerdə televizyada göstərsələr birinci öz ailəmizdə hoydu-hoyduya götürərlər.

News24.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında şair, yazıçı, publisist Aqşin Yenisey yazıb.

Yazıçı fikirlərinə daha sonra belə davam edib: “Xalq bilir ki, subkultura mədəniyyətin məsuliyyətsizlik zonasıdır. Hər bir xalq özünü mədəniyyətinin məsuliyyətindən bir balaca azad etmək üçün mədəniyyətin altına, zirzəmisinə enir. Koroğlu nərəsinin ağırlığını keçəl Həmzə xısınlığı ilə yüngülləşdirir. Servantesin dalına bir dənə də Sanço Pansa qoşur və s.  

Yəni alt mədəniyyətini mədəniyyətin özü yaradır. Subkultura mədəniyyətin “samavolkasıdır”. Kütlə xalqın daimi olaraq mədəniyyətin “samavolkasında” avaralanan təbəqəsidir. Onlar hələ əsgərlikdə olarkən generalın qızına “otval” verərək elit olmaqdan, elit mədəniyyəti təmsil etməkdən könüllü imtina ediblər”.