Bakıda sürücü avtomobilini işıq dirəyinə çırparaq qəza törətdi - FOTO
    • 28-11-2022, 11:08
    • 175

Bakıda sürücü avtomobilini işıq dirəyinə çırparaq qəza törətdi - FOTO

Bakının Xətai rayonunda sürücü qəza törədib.

News24.az xəbər verir ki, hadisə rayondakı yaşayış komplekslərindən birinin ərazisində baş verib.

Sürücü idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə kompleksin ərazisindən çıxarkən əyləc əvəzinə qazı basıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq səkiyə çıxıb və işıqlandırma dirəyini sındırıb.