Vasif Talıbovun KRESLOSU LAXLAYIR? - Politoloq detalları AÇIQLADI
    • 5-12-2022, 17:10
    • 4 080

Vasif Talıbovun KRESLOSU LAXLAYIR? - Politoloq detalları AÇIQLADI

“Baş verənlər onu göstərir ki, Naxçıvanda əməlli islahatlar aparılır. Doğru olmayan bir çox məsələlər var ki, onlar islah olunaraq doğru yönə istiqamətləndirilir. Dövlət strukturlarında mərkəzləşdirmə prosesi gedir. Bu da gələcəkdə Naxçıvanın “Muxtar Respublika” statusunun ləğvi ilə nəticələnə bilər. Əgər belə bir hadisə baş verərsə, bu, həm də ermənilərin iddia etdiyi Qarabağın qondarma statusunun da üstündən xətt çəkməyə kömək edəcək”. 

Bunu News24.az-a açıqlamasında Naxçıvanda baş verən prosesləri şərh edən politoloq Natiq Miri deyib.

Politoloq qeyd edib ki, bəzi təhlükəli məqamlar var: “Fikrimcə, vaxtı çatanda dövlət özü bunu bəyan edəcək. Bir neçə həftə bundan öncə İran dövləti Azərbaycanı Naxçıvanla təhdid etmişdi. Hətta saxta iranpərəst Naxçıvan təşkilatlarının adından müəyyən “bəyanatlar” da vermişdilər. Düşünürəm ki, bu, təsadüf olaraq ortalığa çıxan bir hadisə deyildi. Məhz bu hadisə Naxçıvanın idarəetməsində yer tutan şəxslərə əl gəzdirmə məcburiyyətini yaratdı. Mənə elə gəlir ki, araşdırmalar gələcəkdə ipin müəyyən qədər rəhbərliyə kimi gedib çıxacağını ortaya qoyacaq. Çünki Naxçıvanda çox qanunsuzluqların olduğu ortadadır.

Cinayət tərkibli işlər olduğu təqdirdə cəzanın nə zamansa tətbiq olunacağı gözlənilirdi. Görünür ki, həmin gün bu gündür. Mənə elə gəlir ki, uzatmağa dəyməz. Çünki bu məsələni uzatmaq Azərbaycan dövləti üçün müəyyən təhlükələr yarada bilər. Hələlik bizim bilmədiyimiz başqa məqamlar da var. Bu məqamlar Azərbaycan dövlətinin bütövlüyü üçün təhlükə yaradan məqamlardır. Görünən odur ki, artıq xərçəng metastaz verdiyi üçün onu əməliyyat etməyə ehtiyac var”.