Yeni il süfrəsinə bu ərzaqları qoymaq olmaz, çünki...
    • 28-12-2022, 13:03
    • 244

Yeni il süfrəsinə bu ərzaqları qoymaq olmaz, çünki...

Təqvimə görə, qarşılayacağımız Yeni 2023-cü il Qara su dovşanı ilidir. Bir çox ekspertlər bu ilin bayram süfrəsinə qoyulacaq yeməklərə xüsusi diqqət etməli olduğunu deyirlər. 

News24.az xəbər verir ki, astroloqlar bayram süfrəsində dovşan ətindən hazırlanan yeməklər qoymağın uğursuzluq gətirəcəyini düüşünürlər. 

Onların fikrincə, bu heyvanın əti çox dadlı və pəhrizli olsa da, bayramda onun ətindən yemək hazırlamaq doğru deyil. İlin simvolu inciyə və sizdən üz çevirə bilər. Bu səbəbdən də masanızı mal, toyuq ətindən, eləcə də balıqdan hazırlanan ləziz yeməklərlə bəzəmək daha məqsəduyğundur. 

Bəziləri isə dovşanın vegetarian olduğunu diqqətə çəkirlər. Onların fikrincə, bu ürkək heyvan ət məhsulları yemədiyi, yalnız dənli bitkilər, tərəvəzlər, meyvə və təzə otla qidalandığı üçün masaya ümumiyyətlə ət yeməkləri qoymaq doğru deyil.

Dovşanların yeməkdə seçici olduğunu və kəskin qoxusuz, təzə ərzaqlara üstünlük verdiyini də unutmaq olmaz. Buna görə də yeməklərə ədviyyatlar və sarımsaq əlavə etməyin. Beləliklə, bu ilki yeni il masasının olmazsa olmazlarının siyahısı:

Təzə kələm (brokoli, gül kələm, kahı) və yerkökü;

Göyərtilər (şüyüd, cəfəri, kərəviz, ispanaq);

Alma;

Giləmeyvələr;

Dənli bitkilər (məsələn, salata qarğıdalı qata bilərsiniz).