Yolka yandırılır, evin önündən soğan asılır - Dünya yeni ili belə qeyd edir
    • 30-12-2022, 15:49
    • 242

Yolka yandırılır, evin önündən soğan asılır - Dünya yeni ili belə qeyd edir

Yeni ili hər ölkə fərqli formada qarşılayır. Bu, hər ölkənin mədəniyyətə görə dəyişir. Bəzi ölkələrdə yeni il sevgiyə çağırış, bəzilərində isə şansı təmsil edir. 

News24.az oxuculara qeyri-adi və əyləncəli Milad ənənələrini təqdim edir:

Yaponiyada köhnə ilin şər ruhlarını qovmaq üçün evlərin qarşısında kəndir asırlar və yeni ilin ilk saniyələrindən gülüş səsləri eşidilməlidir. 

Çində yeni il günü bütün evlər təmizlənir, çünki pis ruhların bədbəxtlik gətirəcəyinə inanılır. Uşaqlara şans gətirmək üçün qırmızı zərflərdə onlara pul verilir.

İsveçrədə isə yeni il xüsusi geyimlərlə qarşılanır. Kostyumun yaxşı əhval-ruhiyyəni təmsil etdiyinə inanılır.

Hollandiyada ötən ili və şər ruhları qovmaq üçün küçədə şam ağacı yandırılır.

Cənubi Afrikada köhnə məişət əşyaları pəncərədən atılır və xoşbəxtlik üçün yeni əşyalar alınır.

Belarusda subay qadınların qarşısına qarğıdalı qoyulur, ortada isə xoruz qalır. Hesab olunur ki, kim xoruzdan əvvəl qarğıdalı yeyərsə, o qadın digərlərindən əvvəl evlənər.

İspaniyada saat 00:00-dan sonra 12 saniyədə 12 ədəd üzüm yeyilməlidir.

Danimarkada köhnə boşqablar sındırılır. Bununla bədbəxtliyin yox olub gedəcəyinə inanılır. 

Soğan Yunanıstanda yenidən doğuş simvolu kimi istifadə olunur. Onlar yeni il günü evlərinin qarşısında soğan asmağa üstünlük verirlər.


Qumral Əliyeva